Parlamentdə Dövlət Komitəsinin gender bərabərliyinə dair illik məlumatı müzakirə olunacaq
1401
Milli Məclisin növbəti iclasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2021-ci il üzrə məlumatı müzakirəyə çıxarılacaq.
Mediapress.az-ın xəbərinə görə, parlamentin dekabrın 20-də keçiriləcək iclasının gündəliyinə “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı” daxil edilib.