Xorvatiya Prezidenti Azərbaycan dövlət başçısını təbrik edib
1526
Xorvatiya Respublikasının Prezidenti Zoran Milanoviç Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Mediapress.az xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli cənab Prezident.
Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyur, Sizə möhkəm cansağlığı, ruh yüksəkliyi və dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm.
Cənab Prezident, Sizə ən xoş diləklərimi yetirir və ölkənizin gələcək rifahını təmin etmək yolunda daha böyük nailiyyətlər arzulayıram.
Əminəm ki, Xorvatiya və Azərbaycan hətta bu çətin zamanlarda qarşılıqlı əlaqələri, o cümlədən iqtisadi əməkdaşlığı daha da dərinləşdirməkdə davam edəcək.
Cənab Prezident xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin".