Rusiya Azərbaycanın Qarabağdakı monitorinqinin baş tutmamasını necə əsaslandırır? - Nazir detalı açıqladı
1428
Azərbaycan Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə təbii sərvətlərin qanunsuz istismarına dair monitorinq aparmaq niyyətini Rusiyaya çatdırıb. Mən Rusiya xarici işlər naziri ilə görüşümdə Azərbaycanın mövqeyini çatdırdım, Laçın yolundakı proseslər barədə danışdıq”.
Mediapress.az-ın məlumatına əsasən, bunu keçirdiyi mətbuat konfransında xarici işlər naziri Ceyhun Bayramov deyib.
Monitorinqin baş tutmamasına gəlincə, nazir deyib ki, Rusiya tərəfi bunu yerli erməni əhalinin yolu bağlaması ilə əlaqələndirir.
“Qarabağda yerli ermənilər oradakı separatçılar tərəfindən təxribatlara hazırlandı. Rusiya monitorinqin baş tutmamasını ermənilərin aksiyası və yolu bağlaması ilə əsaslandırır”, - deyə o əlavə edib.