Peskov Ermənistan Təhlükəsizlik Şurasının katibi Qriqoryanı təxribatçı adlandırıb
1446
Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın bəyanatlarını təxribat hesab edir.
Mediapress.az xəbər verir ki, Peskov news.am saytına açıqlamasında bildirib ki, Qriqoryanın bu kimi bəyanatlarına təxribat kimi baxılmalıdır: “Bu bəyanatlar həqiqəti əks etdirmir. Rusiya məmurlarından heç kim bu barədə açıqlama verməyib və kiminsə vasitəsilə erməni tərəfinə bunu çatdırmayıb”.
Qeyd edək ki, A. Qriqoryan Ermənistan İctimai Televiziyasına müsahibəsində Ermənistanın Rusiya-Belarus ittifaq dövlətinə qoşulması və öz ərazisindən Azərbaycana dəhliz verməsi üçün Moskvanın İrəvana müxtəlif vasitələrlə təzyiq etdiyini bəyan edib.