İsrail Rusiya ilə birbaşa əlaqələri bərpa edir
İsrailin yeni xarici işlər naziri Eli Koen Xarici İşlər Nazirliyinin Ukrayna və Rusiya-Ukrayna müharibəsi ilə bağlı siyasətini dəyişəcəyini açıqlayıb.
APA-nın UNİAN-a istinadən verdiyi xəbərə görə, bu barədə o, inaqurasiya mərasimində bildirib.
Qeyd olunur ki, bu gün, yanvarın 3-də Koen rusiyalı həmkarı Sergey Lavrovla telefonla danışmağa hazırlaşır.
Bu, Ukraynada müharibə başlayandan sonra İsrail və Rusiya XİN rəhbərləri arasında ilk danışıq olacaq.
"Rusiya-Ukrayna məsələsində biz bir şeyi dəqiq edəcəyik - ictimaiyyət qarşısında daha az danışacağıq", - Koen söz verib.
Koenin sözlərinə görə, İsrail istənilən halda Ukraynaya humanitar yardım göstərməyə davam edəcək. Bununla belə, nazir Ukraynanın hava hücumundan müdafiə sistemləri ilə bağlı müraciətini şərh etməkdən imtina edib.
Qeyd edək ki, İsrailin əvvəlki xarici işlər naziri Yair Lapid Ukraynada hərbi əməliyyatlar başlayandan sonra rusiyalı həmkarı ilə əlaqə saxlamayıb.