Britaniya Ukraynaya 280 generator göndərib
1510
Böyük Britaniya hökumətinin Ukraynaya yardımı çərçivəsində 280 elektrik generatoru Nikolayev vilayətinə göndərilib.
APA “Unian“a istinadən xəbər verir ki, bu barədə Nikolayev administrasiyası tərəfindən məlumat verilib.
Qeyd olunub ki, həmin generatorlar xəstəxanalara, sığınacaqlara, raket zərbələri nəticəsində sıradan çıxmış infrastruktur obyektlərinə və həmçinin ordunun dayaq nöqtələrinə göndəriləcək.