\
23 Noyabr 2024 - Şənbə

NATO müdafiə nazirləri Ukrayna ilə bağlı yanvarın 20-də görüşəcək

NATO müdafiə nazirləri Ukrayna ilə bağlı yanvarın 20-də görüşəcək
1473baxış

NATO ölkələrinin müdafiə nazirlərinin iştirakı ilə keçiriləcək “Ramşteyn” formatında təmas qrupunun (Ukrayna üzrə qrup) iclası yanvarın 20-də baş tutacaq.

Mediapress.az  xəbər verir ki, bu məlumatı Almaniya Müdafiə Nazirliyinin (MN) mətbuat xidməti təsdiqləyib.Görüş zamanı Ukraynaya gələcək hərbi yardımın əlaqələndirilməsi, xüsusən də ölkəyə piyadaların döyüş maşınları və “Patriot” hava hücumundan müdafiə (HHM) sistemlərinin tədarükü məsələsi müzakirə ediləcək.

Görüşə hazırlıq çərçivəsində Almaniyanın müdafiə naziri Kristin Lambrext artıq ABŞ-dan olan həmkarı Lloyd Ostinlə bu məsələni müzakirə edib.