\
29 Mart 2024 - Cümə

Rusiya və İran prezidentləri arasında telefon danışığı olub

Rusiya və İran prezidentləri arasında telefon danışığı olub
1253baxış

Rusiya və İran prezidentləri arasında telefon danışığı olub.

Mediapress.az Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Vladimir Putin və İran prezidenti İbrahim Rəisi ilə enerji, nəqliyyat və logistika sahələrində qarşılıqlı faydalı layihələrin həyata keçirilməsini müzakirə edib.

Putin və Rəisi Suriya nizamlanmasında əsas rol oynayan Astana prosesi çərçivəsində koordinasiyanı müsbət qiymətləndiriblər.

İki ölkə arasında bir sıra yüksək səviyyəli ikitərəfli təmasların keçiriləcəyi qeyd olunub.