\
23 Noyabr 2024 - Şənbə

İsveç səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb

İsveç səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb
1378baxış

Yanvarın 11-də Stokholmda PKK/PYD/YPG tərəfdarları tərəfindən Türkiyə Prezidenti və ölkəni hədəf alan terror təbliğatı ilə bağlı İsveçin Ankaradakı səfiri Staffan Herrstrom Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə APA-nın İstanbul müxbirinə diplomatik mənbələrdən bildirilib.

Qeyd olunub ki, İsveç səfirinə bu cür addımaların yol verilməz olduğu və qarşısının alınması tələb edildi.

Xatırladaq ki, bundan əvvəl Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəisi Fəxrəddin Altun hadisəni sərt şəkildə pisləyərək İsveçi terrorla mübarizəyə sadiq olmağa çağırıb.