\
23 Noyabr 2024 - Şənbə

Şarl Mişel Rusiyaya qarşı yeni sanksiyaların qəbulunun çətinləşdiyini bildirib

Şarl Mişel Rusiyaya qarşı yeni sanksiyaların qəbulunun çətinləşdiyini bildirib
1471baxış

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Rusiyaya qarşı yeni sanksiyaların qəbul edilməsinin çətinləşdiyini bildirib.

Mediapress.az xəbər verir ki, bu barədə “Bloomberg“ məlumat yayıb.

“Rusiyaya qarşı sanksiyalar əvvəlkindən daha mürəkkəbdir”,- deyə Mişel bildirib.

O əlavə edib ki, Rusiyaya qarşı sanksiyaların tətbiq edilməsi ilə Avropa İttifaqı və digər Qərb ölkələri iqtisadi və sosial sahədə çətinliklə üzləşir.

Şarl Mişel bildirib ki, bütün çətinliklərə baxmayaraq, Aİ əlavə məhdudiyyətlər tətbiq etmək üçün imkanlar axtarmağa davam edəcək.

Xatırladaq ki, Avropa İttifaqı Rusiyaya qarşı onuncu sanksiya paketini tətbiq etmək niyyətindədir.