XİN İslandiya Nazirlər Komitəsinin sədrinə cavab verib
1408
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə İslandiya Nazirlər Komitəsinin sədrinə cavab verib.
Mediapress.az xəbər verir ki, bu barədə o “Twitter“ səhifəsində paylaşım edib.
Nazirlik rəsmisi bildirib ki, Azərbaycan torpaqlarının qanunsuz istismarı və sui-istifadə hallarının qarşısının alınması tələbi ilə Laçın yolunda keçirilən dinc aksiyalar qanunidir.
"İslandiya Nazirlər Komitəsinin sədri paradoksal olaraq yüz minlərlə azərbaycanlının məcburi köçkün olmasını Ermənistan tərəfinən törədilən vəhşiliyi rədd edir", - deyə nazirlik rəsmisi bildirib.