Polşa Ukraynaya tank vermək üçün “kiçik koalisiya” yarada bilər
1428
Əgər Almaniya Ukraynaya “Leopard 2” tankları tədarük etməzsə, Polşa özü bu məsələnin həlli ilə məşğul olacaq.
APA-nın “Alman dalğası”na istinadən verdiyi xəbərə görə, bunu Polşa Baş naziri Tadeuş Moravetskiy bəyan edib.
Baş nazir deyib ki, Almaniya Ukraynaya “Leopard 2” tankları verməzsə, Varşava Kiyevi müasir tanklarla və texnikalarla təmin etmək üçün “kiçik koalisiya” yaradacaq.
Tadeuş Moravetskiy Almaniya Baş naziri Olaf Şoltsu tənqid edib və Almaniyanın bu məsələdəki mövqeyini qəbuledilməz sayıb.