\
23 Noyabr 2024 - Şənbə

Ukrayna müdafiə nazirinin müavini istefa verib

Ukrayna müdafiə nazirinin müavini istefa verib
1459baxış

Ukrayna müdafiə nazirinin müavini Vyaçeslav Şapovalov Nazirliklə yaranmış qalmaqal fonunda istefa verib.

Mediapress.az  xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin rəsmi saytında məlumat yayılıb.

Bildirilib ki, Ukraynanın müdafiə naziri Aleksey Reznikov bu gün Vyaçeslav Şapovalovun Ukrayna müdafiə nazirinin müavini vəzifəsindən azad edilməsi ilə bağlı müraciətini qəbul edib və bu barədə Ukrayna Nazirlər Kabinetinə müvafiq təqdimat göndərib.

Qeyd edək ki, Şapovalov Ukrayna Silahlı Qüvvələrinin maddi-texniki təminatına cavabdeh şəxs idi və barəsində ordunun ehtiyacları üçün ərzaq alınması ilə bağlı korrupsiya qalmaqalı meydana çıxmışdı.

Toplanmış bir sıra sənədlər əsasında məlum olub ki, korrupsiya yolu ilə mənimsənilmiş məbləğ ilkin olaraq təxminən 13.16 milyard Ukrayna qrivnası (350 milyon dollardan artıq) təşkil edir.

Bu gün həmçinin Ukrayna Baş prokurorunun müavini Aleksey Simonenkonun vəzifəsindən azad edilməsi məlum olub.

Simonenko vəzifədən azad olunması xəbərini İspaniyadakı məzuniyyətdən qayıtdıqdan sonra alıb.