Ravvin: “Azərbaycan dünyada yəhudilərin repressiyaya uğramadığı yeganə ölkədir”
1418
Azərbaycan dünyada yəhudilərin repressiyaya uğramadığı yeganə ölkədir. Yəhudilər uzun əsrlərdir əhalisinin əksəriyyəti müsəlman olan bu ölkədə mehriban ailə kimi yaşayırlar. Bu yaxınlarda Azərbaycanın İsraildə səfirliyi açıldı. Bu, bir çox ölkələrə ən yaxşı nümunə olacaq”.
Bu fikirləri Avropa Şurası Parlament Assambleyasının qarşısında Holokost qurbanlarının xatirəsinə həsr edilmiş tədbirdə Frankfurtun yəhudi icmasının ravvini və Almaniyanın Ortodoks Ravvinlər Konfransının prezidenti Aviçay Apel deyib.
Qeyd edək ki, 2022-ci ilin oktyabrından hər il yanvarın 27-nin Avropa Şurasında Holokost xatirəsi günü kimi anılması barədə qərar qəbul olunub.