İspaniya hökuməti istefaya getdi - Korrupsiya qalmaqalı
1803
İspaniyanın deputatlar konqresi bu gün hökumətə etimadsızlıq göstərib. Mediapress.az İnterfax.ru-ya əsasən xəbər verir ki, 180 millət vəkili etimadsızlıq sənədinin lehinə, 169 nəfər əleyhinə səs verib, bir nəfər bitərəf qalıb. Bundan sonra hökuməti sosialist Pedro Sançes formalaşdıracaq.
Mariano Raxoyun Xalq partiyasının adı korrupsiya qalmaqalında hallandıqdan sonra sosialistlər onları şikayət etməyə başlayıblar. Ötən həftə “Gürtel” adlı antikorrupsiya işində Xalq partiyasının bəzi üzvlərinin rüşvət aldıqları və vergidən yayındıqları faktı aşkar olub. Partiya ümumilikdə 245 min avro cərimə olunub. Məhz bundan sonra sosialist deputatlar konqresə yazılı müraciət ediblər.