XİN: Ermənistan minaların təmizlənməsi ilə bağlı əməkdaşlıqdan imtina etdiyi üçün məsuliyyətə cəlb edilməlidir
1603
Ermənistan da daxil olmaqla minaları kortəbii basdıranlar və onların zərərsizləşdirilməsi istiqamətində əməkdaşlıqdan imtina edənlər məsuliyyətə cəlb edilməlidirlər.
Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Beynəlxalq Mina Xəbərdarlığı Günü münasibətilə Tvitter paylaşımında qeyd edilib.
“Bu gün Beynəlxalq Mina Xəbərdarlığı Günü qeyd edilir. Ermənistan da daxil olmaqla minaları kortəbii basdıranlar və onların zərərsizləşdirilməsi istiqamətində əməkdaşlıqdan imtina edənlər məsuliyyətə cəlb edilməlidirlər. Biz onların yaratdığı nəhəng insan itkisinə son verməliyik”, - paylaşımda bildirilib.