\
24 Noyabr 2024 - Bazar günü

Kim Çen In ABŞ-a dizi üstə yalvardı - Donald Trampın vəkilinin iddiası

Kim Çen In ABŞ-a dizi üstə yalvardı - Donald Trampın vəkilinin iddiası
1031baxış

Şimali Koreyanın rəhbəri Kim Çen In dizi üstə çökərək ABŞ prezidenti Donald Trampla görüşmək istədiyi üçün yalvarıb.

Mediapress.az Bloomberg-in məlumatına əsaslanan RİA Novosti-yə istinadən xəbər verir ki, bu açıqlamanı Ağ Ev rəhbərinin vəkili Rudolf Culiani İsraildə səfərdə olarkən jurnalistlərə verib. “Onlar bizim vitse-prezidenti, milli təhlükəsizlik üzrə məsləhətçini təhqir etmişdilər. Onlar bizə nüvə silahı ilə hədə-qorxu gələrək, qalib gələcəklərini bildirmişdilər. Onda biz sammiti təxirə saldıq. Bundan onra Kim Çen In dizi ütə çökərək yalvarmağa başladı. Bu, onun layiq olduğu vəziyyət idi”-deyən Ağ Ev rəsmisi Şimali Koreyanın ABŞ-dan çox qorxduğunu vurğulayıb. O, sonda bildirib ki, Doland Tramp Şimali Koreyalı liderinin yalvarışlarından sonra fikrini dəyişib və zirvə görüşünün 12 iyunda Sinqapurun Sentosa adasında baş tuta biləcəyini bəyan edib.