\
23 Noyabr 2024 - Şənbə

Peskov Putin və Ərdoğanın növbəti görüşü barədə danışdı

Peskov Putin və Ərdoğanın növbəti görüşü barədə danışdı
1447baxış

“Rusiya Prezidenti Vladimir Putin və Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan əlaqə saxlamağa davam edirlər. Lakin indi növbəti təmas üçün dəqiq tarix yoxdur, bununla belə lazım gələrsə, operativ şəkildə görüşə bilərlər”.

Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov  bildirib.

“Bilirsiniz ki, onlar çox tez-tez telefonla danışırlar və onların səfərləri kifayət qədər operativ razılaşdırılır. Ona görə də indi dəqiq tarix yoxdur, lakin onlar razılığa gəliblər ki, lazım gələrsə, görüşmək üçün daha bir il gözləməyəcəklər. Zəruri hallarda kifayət qədər operativ görüşə bilərlər”, - deyə Peskov bildirib.

Ankaranın Rusiya, Aİ və ABŞ ilə tərəfdaşlıqlar arasında tarazlığı necə əldə etməsinə gəlincə isə, Peskov qeyd edib ki, Türkiyə rəhbərliyinin və bütövlükdə Türkiyənin yanaşmalarında ədalətli suverenlik onlara Şimali Atlantika Alyansının üzvü olmaqla belə öz maraqlarını aydın şəkildə dərk etməyə, onları ön plana çıxarmağa və bundan irəli getməyə imkan verir.