ABŞ iki ölkənin müstəqilliyini rəsmən tanıdı
1588
ABŞ iki Sakit okean ölkəsinin - Kuk adalarının və Niuenin müstəqilliyini tanımaq qərarına gəlib.
AZXEBER.COM xəbər verir, ABŞ Prezidenti Co Bayden bu gün ABŞ-nin iki kiçik Sakit okean dövlətinin, Kuk adalarının və Niuenin müstəqilliyini tanıyacağını bildirib və rəsmilərin daha əvvəl verdiyi açıqlamanı təsdiqləyib.
Bayden açıqlamasında ABŞ-nin Kuk adaları ilə 2-ci Dünya Müharibəsindən qalma uzunmüddətli əməkdaşlıq tarixinin olduğunu və ABŞ ordusunun bu adalardan birində hava limanının uçuş-enmə zolaqları inşa etdiyini bildirib.