Bayramovla Mirzoyanın Skopyedə görüşü planlaşdırılmır
1758
Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 30-cu sessiyası çərçivəsində görüşü planlaşdırılmır.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Armenia Today”ə Ermənistan XİN-in mətbuat katibi Ani Badalydan bildirib.
O, nazirlərin danışıqlar aparmayacağını deyib.
Qeyd edək ki, ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 30-cu sessiyası Şimali Makedoniyanın paytaxtı Skopye şəhərində keçirilir. C. Bayramov orada rəsmi səfərdədir.