\
12 Dekabr 2024 - Cümə axşamı

“Dünən Leyla Abdullayeva dəlilsiz olaraq Fransa XİN-ə dəvət edilib”

“Dünən Leyla Abdullayeva dəlilsiz olaraq Fransa XİN-ə dəvət edilib”
1645baxış

“Fransanın Azərbaycandakı Səfirliyinin iki diplomatı “persona-non grata” elan edilib. Bundan 2 gün əvvəl Fransa Səfirliyinə nota göndərilib, onlar barəsində ciddi faktların olduğu və ciddi araşdırma aparılmasının zərurəti bildirilib”.

Bunu ilin yekunlarına dair keçirilən mətbuat konfransında xarici işlər naziri Ceyhun Bayramov deyib.

O qeyd edib ki, lakin Fransa Səfirliyi bunu inkar edib. Nəticədə səfir dəvət edilib və Azərbaycan ərazisində qanunsuz işlərlə məşğul olan şəxslərlə bağlı səfirə etiraz edilib, onların “persona-non grata” elan edilmələri barədə məlumat verilib: “Dünən heç bir əsas gətirilmədən, dəlilsiz olaraq Leyla Abdullayeva Fransa XİN-ə dəvət edilib və qarşılıqlılıq prinsipi əsasında bizim iki diplomatımızın arzuolunmaz şəxs elan olunması bildirilib. Bizim və Fransanın addımları arasında fərq var. Biz dəlillərlə danışırıq və açıq araşdırmanın aparılmasını təklif etdik”