\
12 Dekabr 2024 - Cümə axşamı

Klaar İrəvanda delimitasiya məsələsini müzakirə edib

Klaar İrəvanda delimitasiya məsələsini müzakirə edib
2257baxış

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ermənistana səfər edib.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Klaar İrəvanda Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryanla regional prosesləri müzakirə edib. 

Tərəflər, həmçinin Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiya məsələsi ətrafında fikir mübadiləsi aparıblar.