\
16 Sentyabr 2024 - Bazar ertəsi

Kreml: Durovun işi siyasi xarakterli ola bilər

Kreml: Durovun işi siyasi xarakterli ola bilər
1457baxış

Fransa hakimiyyəti Parisdə saxlanılan “Telegram”ın təsisçisi Pavel Durova qarşı irəli sürülən ittihamlarla bağlı ciddi sübutlar təqdim edə bilməsə, onun işi siyasi hesab edilə bilər.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə deyib.

“İttihamlar həqiqətən də çox ciddidir və ciddi sübut bazası tələb edir. Əks təqdirdə, bu, birbaşa söz azadlığını məhdudlaşdırmaq, hətta belə desək, böyük şirkət rəhbərinə hədə-qorxu gəlmək cəhdi hesab olunacaq", - məlumatda bildirilib.