\
24 Noyabr 2024 - Bazar günü

Paşinyan çarə “tapdı” - erməni qızlar çağırılır

Paşinyan çarə “tapdı” - erməni qızlar çağırılır
1793baxış

Ermənistan Baş naziri Nikol Paşinyan kursant qadınlara orduda xidmətlərinə görə təşəkkür edib.

Paşinyan qadınlar sayəsində erməni ordusunda xidmətin keyfiyyətinin artdığını bildirb. O, kursant qadınların onların həmcinslərinin orduya cəlb edilməsində nümunə olacağını bildirib.

Qeyd edək ki, erməni ordusunda miqrasiya ilə əlaqədar əsgər çatışmazlığı güclənib. Belə ki, hökumət əsgər çatışmazlığından çıxış yolu kimi Daxili Qoşunların da Qarabağa göndərilməsinə izn verib. (axar)

Mediapress.az