\
24 Noyabr 2024 - Bazar günü

"Ərdoğan devrilənə qədər" - Jirinovski

"Ərdoğan devrilənə qədər" - Jirinovski
1772baxış

ABŞ-ın Yaxın Şərqdəki bəzi ölkələrdən getməsindən sonra oradakı situasiya Suriya ssenarisinə bənzəyəcək.

Bunu jurnalistlərə açıqlamasında Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski deyib. O, bu ölkələr sırasına Əfqanıstan, İraq və Liviyanı aid etdiyini bildirib:

“Bu dövlətlərdə Suriya variantı bərpa edilməyə başlanacaq. Əgər noyabrda keçirilən seçki Respublikaçılar Partiyasının xeyrinə başa çatsa, hansısa hərəkətlənmələr ola bilər.

Suriyanın şimalını bundan sonra da Türkiyə idarə edəcək. Bu proses Ərdoğanın hakimiyyətini itirdiyi ana qədər davam edəcək. Burada başqa rəhbərlik olacaq. Ona görə ki, türklər avropalaşmağı arzu edirlər”.

Mediapress.az