\
24 Noyabr 2024 - Bazar günü

Paşinyan İlham Əliyevlə görüşə hazır olduğunu bildirib

Paşinyan İlham Əliyevlə görüşə hazır olduğunu bildirib
1805baxış

Ermənistanın baş naziri Nikol Paşinyan “Əl-Cəzirə” telekanalına müsahibəsində Dağlı Qarabağ münaqişəsindən danışarkən Azərbaycan prezidenti İlham Əliyevlə üz-üzə görüşməyə hazır olduğunu bildirib.  APA-nın erməni KİV-lərinə istinadən verdiyi xəbərə görə, N.Paşinyan həmçinin Ermənistanın Türkiyə ilə qeyd-şərtsiz diplomatik münasibətlər qurmaq niyyətində olduğunu bildirib.  Ermənistanın baş naziri müsahibəsində ölkəsindəki “məxməri inqilab”, hakimiyyət dəyişməsinin nəticələri, korrupsiya ilə mübarizə, Dağlıq Qarabağ münaqişəsi və Türkiyə ilə bağlı sərhədlər barədə danışıb.  

Mediapress.az