\
24 Noyabr 2024 - Bazar günü

ABŞ-dan təhdid - Əsəd buna görə cavab verəcək

ABŞ-dan təhdid - Əsəd buna görə cavab verəcək
1762baxış

Bəşər Əsəd rejiminin minlərlə insanı həbsdə öldürməsiylə bağlı hesabat, beynəlxalq toplumun rejimdən qorxmasının əsassız olmadığını göstərir.

Bunu jurnalistlərə açıqlamasında ABŞ Dövlət katibi Hizer Noyert deyib.

“Dinc şəkildə müstəqillik və haqq tələb edən, siyasi dəyişiklik istəyən on minlərlə suriyalı sakin rejim tərəfindən sistematik şəkildə həbs edilib və işgəncələrə məruz qalıb. Rəsmi Vaşinqton Əsəd rejiminin dinc sakinləri hədəfə götürməsini qınayır. ABŞ beynəlxalq toplumla birgə, bu işin məsuliyyətini daşıyan hər kəsi hesab verməyə məcbur edəcək”, - o bildirib.

Qeyd edək ki, bundan öncə Əsəd rejiminin həbsxanalarda azı 8 mindən çox insanı qətlə yetirməsi haqqında hesabat yayılmışdı. (axar)

Mediapress.az