\
24 Noyabr 2024 - Bazar günü

Sərkisyanın daha bir adamı hədəf seçildi

Sərkisyanın daha bir adamı hədəf seçildi
1726baxış

Ermənistanın Respublikaçı Partiyasından olan deputat Armen Aşotyan da polis tərəfindən şahid kimi dindirilib.

Bu barədə məlumatı “Hraparak.am” saytı yayıb. Sayt deputatın onun nazir fəaliyyəti ilə bağlı dindirildiyini bildirib.

Aşotyanın mətbuata açıqlamasında baş verənləri hökumətin təşkil etdiyi teatr adlandırıb. O, məzuniyyətə getdiyini və geri döndükdən sonra baş verən hadisənin detalları haqqında məlumat verəcəyini bildirib.

Qeyd edək ki, Aşotyan Sərkisyanın hakimiyyəti dönəmində təhsil naziri kimi çalışıb. (axar)

mediapress.az