\
24 Noyabr 2024 - Bazar günü

ABŞ mediası Trampa qarşı çıxdı - "Türkiyəyə sanksiya..."

ABŞ mediası Trampa qarşı çıxdı - "Türkiyəyə sanksiya..."
1818baxış

ABŞ-ın "Nyu Yorker" jurnalı prezident Donald Trampın Türkiyəyə sanksiya tətbiq etməsinə tənqidi mövqedən yanaşıb.

Axar.az xəbər verir ki, jurnal Türkiyəyə yönəlik əlavə vergi tətbiqi ilə bağlı qərarın hüquqi əsasının olmadığını və amerikalı istehsalçıları çətinə saldığını yazıb.

Jurnalda yayımlanan məqalədə bildirilir ki, Tramp hər hansı əsaslı bir səbəb olmadan Türkiyəyə metal gömrük vergilərini ikiqat bahalaşdırdı. Sözügedən qərar keşiş Endryu Bransonla bağlıdır, ancaq bunun iqtisadi aparatdan istifadəsi yanlış metoddur.

Qeyd edək ki, ötən gün ABŞ prezidenti Donald Tramp Türkiyədən idxal olunan polad və alüminiumun gömrük vergisinin iki dəfə bahalaşması barədə qərarı təsdiqləyib.

Mediapress.az