\
24 Noyabr 2024 - Bazar günü

Rusiya ABŞ-ın yeni sanksiya niyyətinə cavab verib

Rusiya ABŞ-ın yeni sanksiya niyyətinə cavab verib
1755baxış

Rusiya ABŞ-ın yeni sanksiyaları tətbiq etmək niyyətinə münasibət bildirib.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, ölkəsi sanksiyalara cavab verib və verəcək:

“Elə cavab verəcəyik ki, öz maraqlarımıza zərər vurmasın. Amerikalıların ikitərəfli və beynəlxalq problemlərin həlli ilə bağlı kütbeyin və aqressiv yanaşmasına sakit, metodik işlə cavab verəcəyik”.

O qeyd edib ki, Vaşinqtonun saxta bəhanələrlə Rusiyaya qarşı sanksiyaları tətbiq etməsi mövzusuna daim müraciət etmək axmaq ənənəyə çevrilib. Ryabkov bildirib ki, amerikalılar sanksiyalara əsas kimi guya Rusiyanın Şimali Koreyaya neft məhsullarının ixracına dair qadağanı pozması və “kiberhücumları” götürüb. (oxu)

Mediapress.az