\
24 Noyabr 2024 - Bazar günü

Məmmədyarov və Nalbandyan Krakovda görüşəcək - Yanvarın 18-də

Məmmədyarov və Nalbandyan Krakovda görüşəcək - Yanvarın 18-də
1703baxış

Mediapress.az xəbər verir ki, Xarici işlər naziri Elmar Məmmədyarov yanvarın 18-də Polşanın Krakov şəhərində ATƏT-in Minsk Qrupunun həmsədrləri Endryü Şofer (ABŞ), Stefan Viskonti (Fransa Respublikası), İqor Popov (Rusiya Federasiyası) və Ermənistan Respublikasının xarici işlər naziri Edvard Nalbandyanla görüşəcək.

Azərbaycan Xarici İşlər Nazirliyindən KİV-ə verilən məlumata görə, görüşlərdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edəcək.