Kremlə səfərdən öncə Putin Yerevanın istəyini rədd etdi - Paşinyanın düşməni azadlıqda
1686
Rusiya Ermənistanda beynəlxalq axtarışa verilmiş general-leytenant Mikael Arutyunyanı axtarışda olan cinayətkarlar siyahısından çıxarıb.
Sfera.az xəbər verir ki, bu barədə "İnterfaks”a məlumatlı mənbə danışıb.
"1 mart 2008-ci il Yerevan hadisələrinə görə ittiham olunan Arutyunyanla bağlı materialların araşdırılmasından sonra onun Rusiya ərazisində axtarışının ləğv olunmasına qərar verilib” – məlumatda belə deyilir.
Mənbə sabiq naziri Rusiya ərazisində heç bir təhlükənin gözləmədiyini deyib. Lakin Arutyunyan digər MDB ölkələrində üzə çıxarsa, həbs olunaraq Ermənistana verilə bilər.
Qeyd edək ki, Ermənistanın sabiq müdafiə nazirinin həbs və ekstradisiyası haqda bildiriş Ermənistan Baş Prokurorluğu tərəfindən bir müddət əvvəl göndərilib. Rusiyaya daxil olan orderdə hətta Arutyunyanın Moskvadakı mənzilinin ünvanı da göstərilmişdi.