\
24 Noyabr 2024 - Bazar günü

Tramp Paşinyanın ümidlərini PUÇ ETDİ

Tramp Paşinyanın ümidlərini PUÇ ETDİ
1712baxış

Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ prezidenti Donald Trampla görüşmək ümidləri puça çıxıb. Ermənistan hakimiyyəti Paşinyanın Trampla sentyabrda görüşəcəyini planlaşdırırdı.

Lakin Paşinyanın Rusiyaya səfərindən sonra Vaşinqton bu görüşdən imtina edib. “Qraparak” qəzeti yazır ki, Paşinyanın Rusiyaya səfəri ABŞ-da təəccüblə qarşılanıb: “Xüsusilə Suriyaya “humanitar missiyanı”nın göndərilməsi və ABŞ laboratoriyalarına rusların girişinin təmin edilməsi məsələsindən sonra Vaşinqton görüşdən imtina edib. Əldə etdiyimiz məlumata görə, Vaşinqton Ermənistan tərəfinə Trampla Paşinyanın görüşünün olmayacağını bildirib. (publika)

Mediapress.az