\
24 Noyabr 2024 - Bazar günü

İrandan Ərdoğan-Putin razılaşmasına reaksiya

İrandan Ərdoğan-Putin razılaşmasına reaksiya
1761baxış

Son həftələr keçirilən görüşlər və danışıqlar, o cümlədən Rusiya və Türkiyə prezidentlərinin Soçi görüşü nəticəsində Suriyanın İdlib şəhərində müharibənin qarşısını almaq mümkün olub.

Bu sözləri öz Tvitter səhifəsində İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif paylaşıb.

“Son bir neçə həftə ərzində mənim Ankara və Dəməşqə səfərim, İran-Rusiya-Türkiyə liderlərinin Tehran sammiti və Soçi görüşü sayəsində aparılan intensiv məsuliyyətli diplomatiya İdlibdə müharibənin qarşısını aldı. Diplomatiya hələ də çalışır”, – deyə o bildirib.

Qeyd edək ki, Putin və Ərdoğan dünən Soçidə İdlibdə müxalifət və hökumət qüvvələrinin demilitarizasiya zonasından geri çəkilməsi haqqında razılıq əldə ediblər. (putin)

Mediapress.az