\
24 Noyabr 2024 - Bazar günü

Paşinyan ABŞ səfərini təxirə saldı

Paşinyan ABŞ səfərini təxirə saldı
1695baxış

Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ-a səfəri ertələnib.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Paşinyan öz Feysbuk səhifəsindəki canlı yayım zamanı paylaşıb. Paşinyan buna səbəb kimi İrəvan Şəhər Şurasına keçiriləcək seçkidə səs verməsini göstərib:

“Mənə deyirdilər ki, 20 və ya 21 sentyabrda gedib BMT Baş Assambleyasının sessiyasında iştirak etmək lazımdır. Lakin mən qərara gəldim ki, hər şeyi 23 sentyabra qədər təxirə salım və seçkidə səs verim”.

O, bütün İrəvan əhalisini seçkiyə səsləyib və onlardan Mənim Addımım Blokuna səs vermələrini istəyib.

Mediapress.az