\
24 Noyabr 2024 - Bazar günü

Azərbaycan və Ermənistanın XİN başçılarının görüş tarixi açıqlandı

Azərbaycan və Ermənistanın XİN başçılarının görüş tarixi açıqlandı
1661baxış
BMT Baş Assambleyasının 73-cü sessiyasında iştirak edən Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarovvə Ermənistan Respublikası xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin (İqor Popov – Rusiya Federasiyası, Stefan Viskonti – Fransa və Əndrü Sxofer – ABŞ) vasitəçiliyi ilə bu ilin 26 sentyabr tarixində Nyu-Yorkda görüş keçiriləcək.
XİN-in mətbuat xidmətinin yaydığı məlumata görə, görüşdə ATƏT-in Fəaliyyətdə olan Sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edəcək.
 
Görüş zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.