\
24 Noyabr 2024 - Bazar günü

Məmmədyarov Mnatsakanyanla görüşündən danışdı

Məmmədyarov Mnatsakanyanla görüşündən danışdı
1730baxış

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Nyu Yorkda görüş keçirilib.

Bu barədə Axar.az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüş BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində baş tutub.

***

Ümumilikdə danışıqlar 3 saatdan çox davam etdi. Münaqişənin davam etməkdə olan həlli inkişafı üzrə, habelə bölgəyə dayanıqlı sülhün gətirilməsi üçün nə edilməli olduğu məsələlərinə dair maraqlı və mühüm fikir mübadiləsi aparıldı.

Bu sözləri Azərbaycanın XİN başçısı Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri və Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan ilə sentyabrın 26-da Nyu Yorkda keçirilmiş görüşü ilə bağlı KİV-in sorğularına cavab olaraq bildirib.

“Biz danışıqların həmsədrlərin bölgəyə səfəri də daxil olmaqla gələn ay davam etdirilməsinə razılaşdıq”, - deyə nazir əlavə edib.

Mediapress.az