ABŞ İraqdakı konsulluğunu bağladı
1690
ABŞ-ın İraqın Bəsrə şəhərində yerləşən konsulluğu fəaliyyətini dayandırıb.
Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Hezə Nauert jurnalistlərə məlumat verib. Bəsrə şəhərinin sakinləri artıq konsulluq xidmətləri üçün Bağdadda yerləşən səfirliyə müraciət etməli olacaqlar.
Qeyd edək ki, İraqın ən böyük şəhərlərindən olan Bəsrədə ötən həftələrdə hökümət əleyhinə aksiyalar keçirilib, bəzi dövlət binalarına od vurulub. Lakin ABŞ təhlükəsizlik məsələsinin İranla əlaqədar olduğunu açıqlayıb.