\
24 Noyabr 2024 - Bazar günü

Türkiyə ilə Avropa İttifaqı arasında böyük zirvə toplantısı keçiriləcək - KİV

Türkiyə ilə Avropa İttifaqı arasında böyük zirvə toplantısı keçiriləcək - KİV
1722baxış

Martın sonunda Avropa İttifaqıvə Türkiyə  arasında yüksək səviyyəli görüşün keçirilməsi planlaşdırılır.

Mediapress.az apa-ya istinadən xəbər verir ki, bu barədə Almaniyanın “Welt” qəzeti Brüsseldəki diplomatik mənbələrə istinadən xəbər verib.

Nəşrə görə, Brüssel Ankara ilə əlaqələri yaxşılaşdırmaq niyyətindədir. Sammitin əsas müzakirə mövzusunu beynəlxalq terrorizmlə mübarizə, miqrasiya siyasəti, energetika  və təhsil məsələləri təşkil edəcək.

Məlumata görə, tədbirə Türkiyə prezidenti Rəcəb Tayyib ƏrdoğanAvropa Komissiyasının prezidenti Jan-Klod Yunker, Avropa İttifaqıŞurasının sədri Donald Tusk, Avropa Parlamentinin başçısı Antonio Tayani və Bolqarıstanın baş naziri Boyko Borisov qatılacaq.  

Qeyd edək ki, yanvarın 1-dən rotasiya qaydasına uyğun olaraq Bolqarıstan Avropa İttifaqı Şurasının sədri olub.