\
24 Noyabr 2024 - Bazar günü

Əhmədnejad Tehranda mitinq keçirmək istəyir

Əhmədnejad Tehranda mitinq keçirmək istəyir
1752baxış

İranın keçmiş prezidenti Mahmud Əhmədnejad "hökuməti və ABŞ-la İngiltərəni boykot etmək" üçün xalqın da iştirakı ilə mitinq keçirilməsi üçün ölkə rəbərliyindən icazə istəyib.

İran mediasında yer alan xəbərlərə görə, Əhmədnejad daxili işlər naziri Əbdürrza Rəhmani Fəzliyə bir məktub göndərərək konstitusiyanın 27-ci maddəsinə əsasən oktyabrın 21-də Tehranda xalqın iştirakı ilə mitinq keçirmək istədiyini bildirib.

Keçmiş prezident "iqtisadi problemlər və hökumətin ölkənin idarə edilməsindiki səhvləri ilə ABŞ-ın tək tərəfli zalımcasına atdığı addımlarına və İngiltərənin gizli müdaxilələrinə" etiraz üçün icazə tələb edib.

Keçən il dekabr ayında başlayan və tezliklə bütün ölkəyə yayılan etirazlarda Əhmədnejadın "önəmli rol oynadığı" iddia edilmişdi.

İran İnqilab Keşikçiləri Korpusunun komanandanı Məhəmməd Əli Cəfəri həmin nümayişlərin davam etdiyi 3 yanvardakı çıxışında ölkədəki etirazların başlamasında "keçmiş bir səlahiyyətli" şəxsin əli olduğunu bildirmiş və ad çəkmədən keçmiş prezident Mahmud Əhmədnejadı günahlandırmışdı.(aznews.az)

Mediapress.az