\
24 Noyabr 2024 - Bazar günü

Paşinyan oktyabrın 16-da istefa verəcək

Paşinyan oktyabrın 16-da istefa verəcək
1697baxış

Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 16-da istefaya verməyə hazırlaşır.

“Report” TASS-a istinadən xəbər verir ki, Paşinyan bunu "France 24" telekanalına deyib.

Erkən parlament seçkiləri 9-10 dekabr tarixlərində keçirilməlidir. Bu, mənim oktyabrın 16-da istefaya gedəcəyim təqdirdə real olacaq", - deyə telekanal onun sözlərini sitat gətirib.

N.Paşinyan oktyabrın 8-də cari ilin dekabr ayında erkən parlament seçkilərinin keçirilməsi haqqında memorandum imzalayıb.

Mediapress.az