Məni devirməyə çalışırlar” - Trampdan şok ittiham
1705
ABŞ Prezidenti Donald Tramp vəzifəsindən vaxtından əvvəl uzaqlaşdırılacağı ilə bağlı yayılmış məlumatlara münasibət bildirib.
O, bu kampaniyanın arxasında Demokratlar Partiyasının dayandığını iddia edib.
Amerika prezidenti demokratları özü ilə yanaşı, baş prokuror postuna yenicə təyin edilmiş Brett Kavanauqu da devirməyə çalışmaqda ittiham edib.
Tramp əlavə edib: “Digər yandan, mən getməliyəm, elədir? Ölkəmizin tarixində ən böyük iqtisadiyyatı qurmuş prezident olmağıma, pis bir iş görmədiyimə baxmayaraq, mən getməliyəm, hə?” (teleqraf)