ABŞ Rusiya ilə imzalanmış nüvə sazişindən imtina edir
1684
ABŞ prezidenti Donald Tramp Rusiya ilə imzalanmış nüvə sazişindən imtina edəcəyini açıqlayıb.
Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, Tramp mətbuata açıqlamasında bildirib ki, Rusiya 1987-ci ildə ABŞ-la imzalanmış Orta Mənzilli Nüvə Silahları razılaşmasının şərtlərini pozur. Müqavilə mənzili 500-5500 km olan və yerdən atılan nüvə silahlarını qadağan edir.
Rusiyanın uzun illərdir müqavilənin şərtlərini pozduğunu deyən Donald Tramp sabiq prezident Barak Obamanı məsələ ilə maraqlanmadığı üçün tənqid edib.