\
24 Noyabr 2024 - Bazar günü

"Dağlıq Qarabağ münaqişəsinin həlli regionun strateji əhəmiyyəti baxımından vacibdir" - ABŞ prezidentinin köməkçisi

"Dağlıq Qarabağ münaqişəsinin həlli regionun strateji əhəmiyyəti baxımından vacibdir" - ABŞ prezidentinin köməkçisi
1656baxış

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, regionun strateji əhəmiyyəti baxımından, xüsusilə vacibdir.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu çərşənbə günü Azərbaycanda səfərdə olan ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Con Bolton "Amerikanın səsi" teleradio şirkətinə müsahibəsində deyib.

"Biz hesab edirik ki, hər iki tərəfi [Azərbaycan və Ermənistanı] razı salacaq nəticənin əldə olunması, regionun strateji əhəmiyyəti baxımından, xüsusilə vacibdir", - deyə o bildirib.

Con Bolton "Amerikanın səsi" radiosuna müsahibəsi zamanı ABŞ-ın Azərbaycanı regionda özü üçün strateji baxımdan son dərəcə vacib ölkə hesab etdiyini bildiib.

 

Mediapress.az