\
14 Oktyabr 2024 - Bazar ertəsi

Trampın müşaviri Bakıdan foto paylaşdı - İlham Əliyevə təşəkkür etdi

Trampın müşaviri Bakıdan foto paylaşdı - İlham Əliyevə təşəkkür etdi
1679baxış
ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton rəsmi "Twitter" hesabında Azərbaycanla bağlı paylaşım edib.
 
 
Mediapress.az Azvision.az-a istinadən xəbər verir ki, Bolton ötən gün Bakıya səfəri zamanı keçirdiyi mətbuat konfransından foto paylaşaraq, Azərbaycanda pozitiv müzakirələr aparıldığını qeyd edib.
 
"Azərbaycana gözəl səfər gerçəkləşdirdim. İsti qarşılanmaya görə Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm. Biz regional və enerji təhlükəsizliyi məsələlərinin geniş aspektlərinə dair pozitiv müzakirələr apardıq", - deyə Trampın müşaviri yazıb.