\
24 Noyabr 2024 - Bazar günü

Tramp ABŞ-ın dövlət borclarını tam ödəcəyi tarixi açıqlayıb

Tramp ABŞ-ın dövlət borclarını tam ödəcəyi tarixi açıqlayıb
1814baxış

ABŞ lideri Donald Tramp Birləşmiş Ştatların öz dövlət borcunu onun ikinci prezidentlik müddətinin sonunda bağlayacağını bildirib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "The Hill" nəşri yazıb.

Çərşənbə günü iş yerlərinin artırılmasına həsr olunmuş tədbirdə çıxış edən Tramp ABŞ-ın böyük məbləğdə borcunun olduğunu və ölkənin tezliklə onları ödəməyə başlayacağını bildirib.

Bundan əvvəl ABŞ-da büdcə kəsirinin ÜDM-ə nisbəti 6 illik rekordu yenilədiyi məlum olub.

Mediapress.az