Trampın keçmiş vəkili 3 il müddətinə həbs olunub
1740
Nyu-Yorkun Cənubi Dairə MəhkəməsiABŞ prezidenti Donald Trampın keçmiş vəkili Maykl Koeni seçki kampaniyası qanunlarını pozduğuna görə üç il müddətinə həbs cəzasına məhkum edib.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə hökmü məhkəmə hakimi Uilyam Puli oxuyub.
"Mən sizi seçki kampaniyasının maliyyələşdirilməsi qanununu pozduğunuz üçün 36 ay….Konqresə saxta ifadə verdiyinizə görə isə 2 aymüddətinə həbs cəzasına məhkum edirəm", - deyə o bildirib.
Bundan əvvəl Nyu-Yorkun yeni baş prokurorunun Donald Tramp və onun ailəsi barəsində araşdırmalar aparacağı xəbər verilib.