Rusiyanın xarici işlər naziri bu gün Azərbaycana gələcək
1745
Rusiyanın xarici işlər naziri Sergey Lavrovbu gün Azərbaycana səfərə gələcək.
"Report" xəbər verir ki, o, dekabrın 14-də Bakıda keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək.
İclas zamanı Azərbaycanın QDİƏT-dəki yarımillik sədrliyinin yekunları, nəqliyyat, energetika, kənd təsərrüfatı, elm, texnologiya və səhiyyə sahələrində əməkdaşlıq müzakirə ediləcək.
Bundan əvvəl Rusiya xarici işlər naziri bu ay Azərbaycana səfərə gələcəyi barədə məlumat vermişdi.