Tramp: "Kim Çen Inla görüşü səbirsizliklə gözləyirəm"
ABŞ prezidenti Donald Tramp bildirib ki, o, Koreya Xalq Demokratik Respublikasının Dövlət Şurasının sədri Kim Çen Inla yeni görüşü səbirsizliklə gözləyir.
"Report" TASS-a istinadən xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə özünün "Twitter" səhifəsində yazıb.
"Mən də həmçinin Şimali Koreyanın böyük iqtisadi potensiala sahib olduğunu başa düşən sədr (KXDR sədri-red) Kimlə (Çen Inla-red) görüşü səbirsizliklə gözləyirəm", - deyə o, KXDR liderinin ABŞ prezidenti ilə görüşə hazır olması barədə məlumatı şərh edərkən bildirib.
Qeyd edək ki, daha əvvəl KXDR lideri ABŞ-ın ünvanına bir sıra ittihamlar səsləndirib. Birləşmiş Ştatların rəhbəri ilə KXDR rəhbəri arasında ilk tarixi görüş ötən ilin 2 iyulunda Sinqapurda baş tutub.
Daha əvvəl məlum olub ki, ABŞ prezidenti Donald Tramp və KXDR lideri Kim Çen In arasında ikinci sammit 2019-cu ilin əvvəlində baş tuta bilər.