Ordu Maduroya qarşı qiyama hazırlaşır – Müxalif lider
1649
Venesuela hərbçilərinin ölkə hakimiyyətindən narazılığı artmağa başlayıb.
Bunu NTN 24 televiziyasına müsahibəsində Venesuela müxalifətinin mühacirətdəki liderlərindən olan Xulio Borxes deyib. Onun sözlərinə görə, ordu daxilində ciddi parçalanmalara start verilib:
“Son aylarda orduda 6 hərbi qiyam olub. Bunlara repressiyalar vasitəsilə son qoymaq mümkün deyil. Orduda etirazlar sürətlə artır”.
Qeyd edək ki, bundan öncə ABŞ mətbuatı da orduyla Prezident Nikolas Maduro arasında fikir ayrılıqlarının olmasıyla bağlı məlumat yaymışdı. Belə ki, ölkənin Müdafiə naziri Vladimir Padrino Lopes Maduronu istefaya getməklə bağlı hədələmiş, lakin son anda iddiasından imtina etmişdi. (axar)